Bu arada milyarder Roman Abramoviçin uzunmüddətli biznes tərəfdaşı olan Millhouse investisiya şirkətinin rəhbəri Yevgeni Şvidler London məhkəməsində sanksiyalara etiraz edən ilk rusiyalı iş adamı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” yazıb.
Qeyd edək ki, Şvidlerin müdafiəsi fevral ayında məhkəməyə müraciət edib. Hüquqşünaslar hesab ediblər ki, Britaniya hakimiyyəti iş adamının Roman Abramoviçlə münasibətlərini qiymətləndirərkən ciddi səhvlərə yol verib.
Bu arada Şvidlerlə tanış olan adı açıqlanmayan həmsöhbət “Forbes”ə danışarkən, iş adamının heç vaxt Rusiya Federasiyasının vətəndaşı olmadığını deyib.
Şvidler 1964-cü ildə Ufada yəhudi ailəsində anadan olub. 1991-ci ildə ABŞ-a mühacirət edib və 1994-cü ildə ABŞ vətəndaşı oldu. 2010-cu ildə Şvidler Britaniya vətəndaşlığını da alıb.
Xatırladaq ki, Roman Abramoviç 2022-ci il martın əvvəlində, Yevgeni Şvidler isə martın sonunda Britaniya sanksiyalarına məruz qalıblar.
Maraqlıdır ki, Şvidlerin Britaniya sanksiyalarına məruz qalması onun Abramoviçlə əlaqələri ilə əlaqələndirilib.
Yeri gəlmişkən, keçən il “Forbes” Şvidlerin sərvətinin bir milyard yarım dolları ötdüyünü yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB