Fransanın “Aşan” şirkəti Ukraynadakı rus hərbçilərinə “humanitar yardım” edir
Bu arada “The Insider” onlayn nəşri Fransanın “Aşan” şirkətinin Rusiya bölməsinin Ukraynadakı rus hərbçilərinə ərzaq və digər malların tədarükündə iştirakı ilə bağlı aparılan araşdırmanın ikinci hissəsini dərc edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fransanın “Le Monde” qəzeti ilə birgə aparılan araşdırmanın birinci hissəsinin yayımlanmasından sonra “Aşan” rəhbərliyi həm bu çatdırılmalarda iştirakını, həm də bir sıra regionlarda “Aşan” hipermarketlərinin topladığı faktı rədd edən cavab vermişdi.
Lakin “The Insider” bununla razılaşmayaraq, yəni bunun doğru olmadığını və “Aşan”ın Müdafiə Nazirliyinə çatdırılmaların özəl şirkətlərə adi kommersiya satışı kimi maskalanmasında çox fəal iştirak etdiyini iddia edib.
Qeyd edək ki, “Aşan” ötən ilin martında Sankt-Peterburq şəhər şurası tərəfindən sifariş aldığını etiraf edib.
Maraqlıdır ki, “Aşan” əməkdaşları sifariş bağlamalarının üzərinə “humanitar yardım” etiketləri yapışdırdıqlarını da gizlətmirlər. Sonradan Sankt-Peterburq meriyasının rəsmiləri bu yardımın Müdafiə Nazirliyi üçün göndərildiyini açıq şəkildə bəyan ediblər.
Qeyd edək ki, bir sıra bölgələrdəki ticarət mərkəzlərində səfərbər olanlar üçün yardım toplayan könüllülərin köməklərinə görə “Aşan” işçilərinə təşəkkür etdikləri də iddia edilir.
Yeri gəlmişkən xatırladaq ki, Rusiyada hipermarketlər şəbəkəsinə sahib olan “Aşan”, bir çox digər xarici şirkətlərdən fərqli olaraq, müharibə başlayandan sonra da Rusiyanı tərk etməkdən imtina edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB