Ukrayna qoşunları Zaporojye şəhərinin yaşayış massivinə hava hücumundan müdafiə sistemləri yerləşdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri, Zaporojye vilayəti administrasiyasının baş şurasının üzvü Vladimir Roqov deyib.
Roqovun fikrincə, indiki Kiyev hakimiyyəti üçün hərbi obyektlərin, silah və sursat anbarlarının, eləcə də şəhərdə xarici legionun yerləşdiyi yerlərin mühafizəsi adi vətəndaşların həyatından qat-qat vacibdir.
“Rusiya ilə birlikdə olanın” “müəyyən etdiyinə” görə, Zelenski Zaporojye vilayətinin sakinlərinə nifrət edir, ona görə də silahlılarını onlarla örtür. Məhz buna görə də o, bu və digər hərbi cinayətlərə görə mütləq cavab verməli olacaq.
Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi mülki insanlar üçün ola biləcək ən təhlükəli haldır. Ukraynanın Zaporojyedə hava hücumundan müdafiə qüvvələrinin işləməsi səbəbindən artıq 9 dəfə yaşayış binalarına raketlərin düşməsi baş verib.
Bundan əvvəl Ukraynanın hava hücumundan müdafiə sistemi raketinin Zaporojyedə çoxmərtəbəli binanı dağıtmağı nəticədə 3 nəfərin həlak olduğu bildirilib.
Təbii ki, humanist ruslar bunu cavabsız qoya bilməzlər...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB