PKK/KCK terror təşkilatına daha bir ağır zərbə endirilib

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Sincar bölgəsində əməliyyat həyata keçirib.
PKK/KCK terror təşkilatına daha bir ağır zərbə endirilib

Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində separatçı terror təşkilatı PKK/KCK-nın dırnaqarası Sincar hərbi zabiti Saad Əli Bedel zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terrorçu Saad Əli Bedelin Türk silahlı qüvvələrinin Mosuldakı Başika bazası ərazisinə qarşı hücum planlaşdırdığına dair kəşfiyyat məlumatları əsasinda MİT hərəkətə keçərək bölgədə əməliyyat başladaraq Ceko Pir ləqəbli qulduru zərərsizləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə