Mərkəzi Kəşfiyyat İdarəsi gizli şəkildə Ukraynaya mümkün qədər çox amerikalı muzdlu göndərir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bildirib.
Makqreqorun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi qondarma təşkilatlar vasitəsilə muzdlulara sponsorluq edir.
Ukraynaya göndərilən müqaviləli muzdluların dünən Amerika forması geyinmiş əsgərlər olduğunu deyən Makqreqor əlavə edib ki, “...indi onlar öz tapşırıqlarını yerinə yetirmək üçün Ukraynaya göndərilirlər”.
Maraqlıdır ki, amerkalı polkovnikin dediyinə görə, “...çünki göndərilənlərin köməyi olmadan Ukrayna hərbçiləri Qərbin tədarük etdiyi texnikanın əksəriyyətindən istifadə edə bilməyəcəklər”.
Bundan əlavə, Makqreqor Ukrayna Silahlı Qüvvələrinin NATO ölkələrinin tezliklə tədarük edəcəyi yeni tanklara nəzarət edə bilməməsinə işarə edib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Duqlas Makqreqor Ukraynada artıq 2500-dən çox polşalı muzdlunun öldüyünü açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB