"Taliban" müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd şəxsi "Twitter" hesabında görüşün məzmunu ilə bağlı açıqlama verib. “Əhməd Muttaki Qəndəhar əyalətində baş tutan görüşdə Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımlı addımların atılmasının və Avropa İttifaqı ölkələrinin Kabildəki səfirliklərini yenidən açmalarının vacibliyini vurğulayıb və Avropa İttifaqına Əfqanıstana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib”.
"Taliban" rəsmisinin verdiyi məlumata görə, Avropa İttifaqının xüsusi nümayəndəsi Niklasson Talibanın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda təhlükəsizliyin təmin edildiyini vurğulayıb. Korrupsiya ilə mübarizədə ciddi addımlar atıldığına diqqət çəkib. Əfqanıstana humanitar yardımı davam etdirəcəklərini qeyd edib.
Xatırladaq ki, 15 avqust 2021-ci ildə Taliban Əfqanıstan administrasiyasını ələ keçirdikdən sonra Avropa İttifaqı ölkələri oradakı səfirliklərini bağladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB