2035-ci ilə qədər dünyanın yarısı çəkidən əziyyət çəkəcək

2035-ci ilə qədər dünyanın yarısı çəkidən əziyyət çəkəcək

Ümumdünya Piylənmə Federasiyası xəbərdarlıq edib ki, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkən və ya piylənmədən əziyyət çəkənlər kimi təsnif ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, qurumun dərc etdiyi hesabatda piylənmə və artıq çəkinin dörd milyarddan çox insana təsir edəcəyi qeyd edilib və ən sürətli artım göstərən qrupun uşaqlar olduğu qeyd bildirilib.

Artıq çəki və piylənmə nisbətlərinin aşağı və orta gəlirli Afrika və Asiya ölkələrində ən yüksək olacağı gözlənilir. Hesabatda 2035-ci ilə qədər piylənmənin dəyərinin hər il 4 trilyon dolları keçəcəyi barədə xəbərdarlıq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə