ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ İranla əməkdaşlıq edən şirkətləri cəzalandırıb.

Məlumatda deyilir ki, İran neftinin daşınması və satışı ilə məşğul olan altı müəssisə və 20 tankerə sanksiya tətbiq edilib.

Şirkətlər İrana ABŞ-ın sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə