Medvedev bu dəfə NATO-ya “xox” gəldi

Medvedev bu dəfə NATO-ya “xox” gəldi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, sonradan Kiyevə verilə biləcək təyyarələrə NATO üzvü olan ölkələrdə xidmət göstərilsə, bu, alyansın birbaşa Rusiyaya qarşı müharibəyə girməsi olacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

Siyasətçi onu da vurğulayıb ki, bu addımı atan bütün ölkələr legitim hərbi hədəf sayılacaq.

Qeyd edək ki, bundan əvvəl Medvedev Moskvanın düşmənlərinin adlarını çəkib, onların arasında xüsusilə də Ukraynalı və Avropalı neofaşistlər eləcə də ABŞ olduğunu bildirib.

Medvedevin sözlərinə görə, onlar Rusiyanı yer üzündən silməyi qarşılarına məqsəd qoyublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə