Macarıstan parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı səsverməni təxirə salıb.
Qeyd edək ki, səsvermə gələn həftəyə saxlanılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iclasların cari cədvəli Macarıstan parlamentinin internet saytında yerləşdirilib.
Onu da qeyd edək ki, dəyişdirilmiş qrafikə əsasən, martın 6-dan martın 9-dək parlamentdə Helsinki və Stokholmun alyansa qəbulu ilə bağlı qanunvericilik komissiyasının iclası təyin edilib.
Səsvermə martın 20-də başlayacaq iş həftəsinə təxirə salınıb.
Xatırladaq ki, Macarıstan prezidenti Katalin Novak Finlandiya və İsveçin NATO-ya daxil olmasını haqlı sayır.
Amma daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankaranın hələ də İsveçin NATO-ya üzvlük müraciətini təsdiq edə bilmədiyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB