Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin vəkillərinin iddiasını təmin etməyib.
Müdafiə tərəfi Saakaşvilinin həbsdə saxladığı Tbilisi Şəhər Məhkəməsinin fevralın 6-da verdiyi qərardan etiraz etməyə çalışaraq, cəzanın təxirə salınması və səhhətinə görə azadlığa buraxılması barədə ərizəni əsassız hesab edib.
Apellyasiya Məhkəməsi vəkillərin bu qərardan şikayətini təmin etmək üçün heç bir hüquqi əsas tapmadığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Novosti-Georgia” yazır ki, Tbilisi şəhər məhkəməsinin qərarı dəyişməz qalıb.
...Saakaşvilinin müdafiəsi ona diqqət çəkir ki, Apellyasiya Məhkəməsi tərəfləri dinləmədən, yalnız iş materialları əsasında şikayətin rədd edilməsi barədə qərar qəbul edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB