Bu arada Macarıstanın baş naziri bu məsələdə ABŞ-dan asılılığı azaltmaq üçün Avropa ölkələrini öz müdafiə alyansını yaratmağa çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Viktor Orban bildirib ki, avropalılar hər hansı böhran zamanı özlərini müdafiə edə bilməlidirlər.
Avropa İttifaqı ölkələri ABŞ-ın olmayacağı NATO-nun analoqunu yaratmaq barədə düşünməlidir.
Bunu deyən Macarıstanın baş naziri izah edib ki, Vaşinqton tez-tez beynəlxalq təhlükəsizlik məsələlərinin həllində öz məqsədlərini güdür, ona görə də avropalıların öz ittifaqına ehtiyacı var.
Orbanın sözlərinə görə, Avropa İttifaqı təhlükəsizliyini gücləndirmək üçün əlavə səylər göstərməlidir.
Macarıstanın baş naziri qeyd edib ki, avropalılar ABŞ-ın köməyi olmadan özlərini müdafiə edə bilməlidirlər.
Xatırladaq ki, Bir il əvvəl Avropa İttifaqı “Strateji Kompas” müdafiə konsepsiyasını təsdiqləyib. Konsepsiya, 2030-cu ilə qədər nəzərdə tutulub və 5000 nəfərlik çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur. Avropa İttifaqı bunu, böhranlara ildırım sürəti ilə cavab vermək üçün lazım, olduğunu bildirib.
Yeti gəlmişkən, ötən həftə Avropa İttifaqı yeni anti-Rusiya sanksiyalar paketini açıqlamışdı. Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər üç Rusiya bankına və Rusiya hərbi-sənaye kompleksinə dəstək verən 96 təşkilata şamil edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB