Rusiyanın dövlət borcunun həcmi son üç ildə ilk dəfə azalıb.
Dövlət borcunun aşağı olması iqtisadiyyatda yeni manevrlər üçün üstünlükdür, deyə maliyyə naziri Anton Siluanov bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, pandemiyanın başlanğıcından bəri Rusiyanın xarici dövlət borcu yalnız artıb.
2021-ci ildə o, 2019-cu ilin pandemiyadan əvvəlki səviyyəsini 1,040 trilyon üstələyib və 4,435 trilyon rubla çatıb.
Artıq ötən ilin birinci yarısında Rusiya Federasiyasının dövlət borcu azalmağa başlayıb, 2022-ci ilin sonunda onun həcmi 4,039 trilyon rubl təşkil edib.
Məsuliyyətli büdcə siyasəti Rusiyanın dövlət borcunu aşağı salmağa kömək edib. Rusiya 2023-cü ilə ÜDM-in 15,1 faizi dövlət borcu ilə başlayır. Xarici borcun belə aşağı olması Rusiyanın iqtisadi üstünlüyüdür. O, maliyyə bazarında çevikliyi qoruyub saxlamağa imkan verir, gələcəkdə yeni borclar almağa və büdcə xərclərini maliyyələşdirməyə imkan verir.
Qeyd edək ki, bunu Rusiya Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB