Rusiya Federasiyasının dağılması bu və ya digər dərəcədə də olsa, hər halda qaçılmaz olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı müxalifətçi, sosioloq və keçmiş Dövlət Dumasının deputatı İqor Yakovenko deyib.
Onun fikrincə, bu gün Rusiya Federasiyasında çox güclü, mərkəzdənqaçma meylləri var ki, onlar indi görünmür və hiss olunmur, çünki onlar güc yolu ilə yatırılır.
Rusiyalı müxalifətçiyə görə, amma nə olursa, olsun, yaxınlarda mərkəzdənqaçma hərəkatları üstünlük təşkil etməyə başlayacaq
Və bu halda Rusiya kart evi kimi dağılmağa başlayacaq. Çünki indi milli respublikalarda (Tatarıstan, Tıva, Yakutiya, Şimali Qafqaz respublikaları) ayrılma potensialı kifayət qədər güclüdür. Bundan əlavə, bu ayrılma Rusiyanın ucqar regionlarında, məsələn, Uzaq Şərq, Ural, Sibir, Kamçatka və s.də də müşahidə edilməkdədir.
“...Düşünürəm ki, bu tendensiya üstünlük təşkil edəcək. Mütləq qələbə çalacağını iddia etsə də, Rusiyanın məğlubiyyəti ilə özünü göstərməyə başlayacaq”, - deyə Yakovenko bildirib.
Onun sözlərinə görə, Rusiyada növbəti iğtişaşlar baş verəcək, imperialist müharibəsi əmlakın və ərazilərin yenidən bölüşdürülməsi üçün mafioz klanların müharibəsinə çevriləcək.
“Çox güman ki, bundan sonra Rusiya ərazi parçalarını və qonşu ölkələrdə insanları udmaq arzusunda olan vahid imperiya kimi kimisə təhdid etməkdən əl çəkəcək. Bunu indi Ukraynaya münasibətdə də müşahidə edirik. Əgər Rusiya bu sərhədlər daxilində qalsa, yəni Rusiya Federasiyası parçalanma dövründən sağ çıxsa, onun bəzi hissələri, o cümlədən Qərb dünyasının köməyi ilə daha sivil bir əraziyə çevrilməyə başlaya biləcək”.
Qeyd edək ki, bu fikirlər də Yakovenkoya məxsusdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB