Blinkenlə Lavrov arasında 9 dəqiqəlik görüş...

Blinkenlə Lavrov arasında 9 dəqiqəlik görüş...

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində qısa söhbət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra onların ilk görüşü idi.

“Reuters” və “New York Times”-ın Dövlət Departamentinin sözçüsünə istinadən verdiyi məlumata görə, söhbət 10 dəqiqədən də az davam edib.

Qeyd edək ki, görüş barədə əvvəlcədən məlumat verilməyib.

Amerika nümayəndəsinin sözlərinə görə, Blinken Lavrovla söhbətində üç mövzuya toxunub:

-dövlət katibi ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib,

-Rusiyanı START-3 strateji hücum silahlarına dair müqaviləyə qayıtmağa çağırıb,

- həmçinin Rusiya koloniyasında olan amerikalı Paul Uilanın azad edilməsinə çağırıb.

Verilən xəbərlərə görə, görüş Rusiyanın tezliklə öz kursunu dəyişməyə hazır olduğu təəssüratı yaratmayıb.

Yeri gəlmişkən, Lavrovun nə dediyi açıqlanmayıb. Rusiyalı nazirin özü də hələlik görüş barədə danışmayıb. Rusiya Xarici İşlər Nazirliyi yalnız onun faktını təsdiqləyərək, bunun “yolda” keçirildiyini, söhbətin tamhüquqlu danışıqlardan getmədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə