“Heç bir amerikalı ailə öz övladını Ukraynaya-ölümə göndərməz”

“Heç bir amerikalı ailə öz övladını Ukraynaya-ölümə göndərməz”

Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalıların Ukraynanı müdafiə etmək üçün “oğul və qızları”nı göndərilməsi ilə bağlı bəyanatı ABŞ Konqresində şərh edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu deyim bəzi amerikalı konqresmenlər tərəfindən elə də xoş qarşılanmayıb. Məsələn, konqresmen Marjorie Taylor Qreen ABŞ-da Ukraynanı qorumaq üçün övladının ölümünü arzulayan valideyn olmadığını bildirib.

Qeyd edək ki, müvafiq yazı onun “Twitter” səhifəsində dərc edilib

Maraqlıdır ki, Marjorie Taylor Green Vladimir Zelenskinin ABŞ-dan Ukraynadakı hərbi münaqişə zonasına “oğulları və qızları” göndərilməsi ilə bağlı bəyanatlarından kifayət qədər sərt danışıb.

O, hətta amerikalı “oğul və qızların” Ukraynadakı ölümü ilə bağlı az qala “fakt tələb edib”. Ukrayna dövlətinin hətta NATO-nun üzvü olmadığını da xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə