Gərgin hərbi münaqişəyə hazırlıq çağırışı...

Gərgin hərbi münaqişəyə hazırlıq çağırışı...

Çexiya Müdafiə Nazirliyi Avropa İttifaqı və NATO-nu gərgin hərbi münaqişəyə hazırlaşmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunun mümkün olması faktını, departamentin müdafiə siyasəti və strategiyasının baş direktoru Yan Yireş bildirib.

Yireşin fikrincə, həm Avropa İttifaqının, həm də elə NATO-nun qarşıdakı aylarda və illərdə əsas məqsədi irimiqyaslı, uzunmüddətli və həddindən artıq resurs tələb edən hərbi münaqişəyə hazırlaşmaq olmalıdır.

Eyni zamanda, Müdafiə Nazirliyinin nümayəndəsi Qərb ölkələrini Ukraynanı daha çox silahla təmin etməyə və hərbi potensialını təkmilləşdirməyə çağırıb.

Xatırladaq ki, Yens Stoltenberq Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsinin NATO üçün böyük risklər daşıdığını bildirib.

Yeri gəlmişkən, Stoltenberq hesab edir ki, Ukraynada sülhə yalnız silah tədarükü ilə nail olmaq olar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə