Beləliklə, cümə axşamı səhər saatlarında Rusiya mediası və teleqram kanalları Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin iki kəndində toqquşmaların baş verdiyi barədə məlumat yayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna ərazisindən təxribat və kəşfiyyat qruplarının Bryanskın Lubeçane və Suşanı kəndlərinə soxulduqları iddia edilir.
Daha sonra sosial şəbəkələrdə Bryansk vilayətinin Lyubeçane kəndində yerli poçt şöbəsi və feldşer-mama stansiyasının fonunda çəkilmiş videolar peyda oldu. Videoda əyinlərində kamuflyaj forması geyinmiş şəxslar doğma torpaqlarını azad etmək üçün Rusiya Federasiyasının sərhədini keçən “Rusiya könüllülər korpusu”nun döyüşçüləri olduqlarını iddia edirlər.
Onlar mülki şəxslərlə döyüşmədiklərini və ancaq Vladimir Putin rejiminə qarşı vuruşurlar bildiriblər.
Qeyd edək ki, “Rusiya könüllülər korpusu”nun Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun tərkibində rus mühacirlərinin döyüş bölməsi olduğu bildirilir.
Bu arada Ukraynanın “Babel” nəşri videodakı şəxslərdən birinin Ukrayna tərəfində vuruşan rusiyalı Denis Nikitin olduğunu bildirib.
Amma maraqlı da olsa, nəşr, Ukrayna Silahlı Qüvvələrinin operativ komandanlığının Bryansk vilayətində baş vermiş insidentdən xəbəri olmadığını yazıb.
Bu arada Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak “Tvitter” hesabında Rusiya Federasiyasındakı Ukrayna Rusiya könüllülər korpusu ilə bağlı hekayəni rusların uydurduğu klassik təxribat adlandırıb.
Və eyni zamanda o, Rusiya Federasiyasında partizan hərəkatının güclənib və daha aqressiv olduğunu da deyib.
Ukrayna hərbi kəşfiyyatı “Rusiya könüllülər korpusu”nun əllərində silahla Putin rejiminə və onu dəstəkləyənlərə qarşı vuruşan insanlar olduğunu bildirib.
“Bu gün Rusiya Federasiyası elə bir qurumdur ki, onun daxilində çoxlu sayda millətlərarası, dinlərarası, ictimai-siyasi və digər münaqişələr mövcuddur”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Xromadskedəki nümayəndəsi Andrey Yusov bildirib.
“...Bryansk vilayətinin sərhəd Klimovski rayonunda dövlət sərhədini pozan silahlı ukraynalı millətçilərin məhv edilməsi üçün tədbirlər görülür”.
Bunu isə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti bəyan edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “Rusiya könüllülər korpusu” nun basqınına görə məsuliyyəti öz üzərinə götürdükdən sonra hadisəni "terror hücumu" adlandırıb.
Onun sözlərinə görə, bunu edənlər bizi tarixi yaddaşdan, tarixdən, adət-ənənələrdən, dildən məhrum etmək istəyirlər. Yeri gəlmişkən videoda Rusiya könüllülər korpusunun döyüşçüləri rus dilində danışır, özlərini rus millətçiləri kimi təqdim edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB