Pakistan Türkiyəyə humanitar yardımlarını davam etdirir

Pakistan Türkiyəyə humanitar yardımlarını davam etdirir

Pakistan iqtisadi çətinliklərə baxmayaraq, zəlzələdən zərər çəkənlərə dəstək vermək öhdəliyini bir daha bəyan edib
SİA-nın əldə etdiyi məlumata görə, iqtisadi çətinliklərə baxmayaraq, Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində Türkiyə və Suriyada təbii fəlakətdən zərər çəkənlərə yardım etmək əzmində olduğunu bir daha bəyan edib.
Ölkə mətbuatının məlumatına görə, Baş nazir Şərif Türkiyədən qayıdan axtarış-xilasetmə qrupu ilə paytaxt İslamabadda görüşüb.

Ş.Şərif verdiyi açıqlamada iqtisadi çətinliklərə baxmayaraq, Türkiyə və Suriyada zəlzələlər səbəbiylə fəlakət qurbanlarına kömək etməkdə qərarlı olduqlarını vurğulayıb.

Pakistan və Türkiyənin iki bədəndə eynilə bir ruh olduğunu ifadə edən Şərif "(Axtarış və xilasetmə qrupu) Siz bu uzunmüddətli münasibətləri zəlzələ qurbanlarına tərifəlayiq xidmətinizlə gücləndirdiniz" deyib.
Pakistan Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) zəlzələ qurbanları üçün göstərdiyi səylərdən məmnunluğunu ifadə edən Şərif hökumətin Türkiye üçün qış şərtlərinə uyğun 50 min çadır sifariş etdiyini qeyd edib.

Qeyd edək ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin Türkiyədəki təbii fəlakət qurbanları üçün 1000 ton yardım daşıyan ilk gəmisi dünən Karaçidən yola düşüb.

Pakistan quru və hava yolu ilə Türkiyeyə 7 min qış çadırı və 33 mindən çox ədyal göndərib. Yaxın iki həftə ərzində Türkiyeyə hava yolu ilə 4 min qış çadırının göndərilməsi planlaşdırılır.

Bundan əlavə, "Al Khidmat" fondu, "Edhi" fondu, "Beytüsselam Sailani Refah" fondu və Pakistan Qızıl Aypara da Türkiyədə müxtəlif yardım fəaliyyətləri həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə