Dünya nizamını dəyişməyə çalışan yeganə ölkə..?

Dünya nizamını dəyişməyə çalışan yeganə ölkə..?

Bu arada ABŞ Çini beynəlxalq nizamı dəyişməyə çalışan yeganə ölkə adlandırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilmiş Amerikanın yeni milli kibertəhlükəsizlik strategiyasında deyilir.

Vaşinqtonun iddiasına görə, Çin dövləti bu gün həm dövlət, həm də özəl sektorda şəbəkələr üçün ən böyük, ən aktiv və ən davamlı təhlükə yaradır.

Sənədə əsasən, son on il ərzində Çinin kiberməkanda əməliyyatlarını gücləndirdiyi də iddia edilir. Maraqlıdır ki, ABŞ əqli mülkiyyət oğurluğunu da Çinə şamil edir və Pekinin Vaşinqtonun ən qabaqcıl strateji rəqibi olmağa çalışdığını bildirir.

ABŞ, Çinin internetdən təsir sferasında vəziyyətin və imkanların monitorinqi üçün əsas kimi istifadə etdiyini də deyir.

Məhz bunları əsas gətirən Vaşinqton, Pekinin öz vizyonunda qlobal interneti formalaşdırmağa çalışaraq rəqəmsal avtoritarizm vizyonunu ixrac edəcəyinə də əminlik bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə