“Ukrayna siyasi oyunda qurban olduğunu başa düşmür” - POLİTOLOQ DANIŞDI
“Rusiya-Ukrayna müharibəsi bir ildən çoxdur ki, davam edir. Hər iki tərəf çoxlu sayda canlı qüvvə itkisinə məruz qalıb. Bu əslində Rusiya-Ukrayna müharibəsi deyil, Rusiya-NATO qarşıdurmasıdır. ABŞ başda olmaqla NATO üzvü olan ölkələr Ukraynaya silahverməklə qarşıdurmanı şiddətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Rusiya, xüsusilə də Ukrayna siyasi oyunda qurban olduqlarını başa düşmürlər: “Çünki əhalisi ölən də Ukraynadır, ərazisində müharibə gedən ölkə də məhz Ukraynadır. Burada məqsəd Ukraynanı parçalamaq, onu borclu hala salaraq, gələcəkdə məhsuldar torpaqlarının resurslarını ələ keçirmək və bununla da Rusiya sərhədlərinə yaxınlaşmaqdır. Təbii ki, Rusiya buna imkan verməyəcək. Artıq Çin də bu oyuna qoşulub. Müharibə bu günə kimi Rusiya-Ukrayna səviyyəsində idisə, indi isə yavaş-yavaş beynəlxalq mübahisəyə çevrilir.
Müharibənin davam etməsi Rusiyaya sərf edir. Rusiya həm köhnə silahlarını istifadə etmək üçün yer axtarırdı. Bundan əlavə yeni silahlarını da təcrübədən keçirir. Digər bir tərəfdən isə Rusiya ABŞ-a meydan oxuyur. Müharibənin bu ilin sonuna kimi davam etməsi gözləniləndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB