Borispolda yük qatarı relsdən çıxıb

Borispolda yük qatarı relsdən çıxıb

Ukraynanın Kiyev şəhəri yaxınlığında, Borispolda yük qatarı relsdən çıxıb. SİA xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko öz teleqram kanalında məlumat verib: “Qatar Privokzalnaya küçəsindəki keçiddə relsdən çıxıb. Səhərə qədər stansiyadan hərəkət məhdudlaşdırılacaq”.

Mer hadisənin səbəbləri, zərərçəkənlər və dəymiş ziyanla bağlı məlumat paylaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə