Ukrayna hərbçiləri Artemovski tərk etməyə hazırlaşırlar?

Ukrayna hərbçiləri Artemovski tərk etməyə hazırlaşırlar?

Ukrayna Silahlı Qüvvələri Artemovskda həddən artıq itki verdikləri üçün ərazini tərk etməyə çağırıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ukraynalı hərbçinin “madyar” çağırış işarəsi “Ölkənin siyasəti” Telegram kanalında dərc olunub.

Qeyd edək ki, rus asytlarının yazdığına görə, guya ukraynalı hərbçilərdən biri Artemovskda son gecələrini keçirdiklərini bildirib.

Hərbçinin dediyinə görə, geri çəkilib mövqeləri hazırlamalı, cəbhə xəttini düzəltməli və bu lənətlənmişlərin sursatını gözləməliyik. Onu da qeyd edək ki, ruslar “lənətlənmişlər” yazarkən, təbii ki, Qərbdəkiləri nəzərdə tuturlar.

Videoda kəşfiyyat pilotsuz təyyarəsini idarə edən başqa bir ukraynalı hərbçi, nəsə olacağına və ukraynalı qırıcıların Artemivski təslim etməyə qoymayacaqlarına ümid etdiyini bildirib.

Bundan əvvəl Donetsk Xalq Respublikasının səlahiyyətlərini icra edən rəhbərinin müşaviri İqor Kimakovski Ukrayna Silahlı Qüvvələrinin Artemovskda təlim keçmiş kadrlarının 70 faizini itirdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə