Martın 1-dən Belarusda neft və neft məhsullarına ixrac rüsumları artıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Nazirlər Şurasının 161 nömrəli qərarında deyilir.
Beləliklə, Belarus Nazirlər Şurasının martın 1-də qüvvəyə minən fərmanı Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılan neft və neft məhsulları üçün ixrac rüsumunun dərəcələrinin artırılmasını nəzərdə tutur.
Belə ki, Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılan xam neft, mazut, bitum, vazelin və parafin, tullantı neft məhsulları üçün ixrac rüsumu 1 ton üçün əvvəlki 12,8 dollar əvəzinə 14,2 dollar təşkil edəcək.
Bir ton birbaşa benzinin ixracı üçün indi 7,8 dollar (əvvəllər 7 dollar) və kommersiya benzininin hər tonu üçün 4,2 dollar (əvvəllər 3,8 dollar) rüsum ödəniləcək.
Yüngül və orta distillələrə də rüsum 1 ton üçün 4,2 dollar təşkil edəcək. Eyni ixrac dərəcəsi dizel yanacağı, benzol, toluol, ksilen və sürtkü yağları üçün də müəyyən edilib.
Bir daha qeyd edək ki, əsasnamə 2023-cü il martın 1-dən qüvvəyə minib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB