....Ruslar deyir ki, yox, bu, “xüsusi hərbi əməliyyat”dır.
Hindistan hökuməti isə Rusiya və hətta Çinlə danışıqlarda belə onları başa salmağa çalışır ki, bu “xüsusi hərbi əməliyyat” yox, əsil müharibədir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edək ki, keçən həftə G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin görüşündə Moskva və Pekinin mövqeləri nəzərə alındığından sözlə razılaşmaq mümkün olmayıb. Hindistan prezidentliyi belə tədbirlərdə adət olduğu kimi, ümumi kommünike əvəzinə xülasə bəyanat verməyə məcbur oldu.
Xatırladaq ki, eyni şey 2022-ci ilin noyabrında Bali sammitində də baş verdi. Belə ki, bəyanatda “Ukraynada Rusiya müharibəsi” deyil, “Ukraynada müharibə” deyilmişdi.
Yeri gəlmişkən, Hindistanın Moskva və Pekini G-20 xarici işlər nazirlərinin görüşü ərəfəsində ortaq dildə razılığa gəlməyə inandıra bilib-bilmədiyi hələ məlum deyil.
Məlum olan odur ki, növbəti görüş martın 1 və 2-də Dehlidə keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB