ABŞ və Taylandın təşkilatçılığı və iştirakı ilə keçirilən beynəlxalq “Qızıl Kobra” hərbi təlimləri bu gün Taylandın Korat vilayətinin ərazisində başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, regional əməkdaşlığı artırmaq üçün keçirilən təlimlərdə 30 ölkədən təxminən 10 min heyət iştirak edir.
Təlimlərdə ev sahibləri ilə yanaşı, Yaponiya, Cənubi Koreya, İndoneziya, Sinqapur və Malayziya da tam, Çin, Hindistan və Avstraliya isə məhdud şəkildə iştirak edəcək.
Qeyd edək ki, bu ilki manevrə peyklərə potensial hücumlara müdaxiləni nəzərdə tutan kosmik təlim də daxil edilib ki bu da “hava hadisələrinin hərbi əməliyyatlara, rabitə sistemlərinə və peyklərə təsiri haqqında anlayışı” inkişaf etdirmək məqsədi daşıyır.
1982-ci ildən keçirilən “Qızıl kobra” təlimləri mayın 10-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB