Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis azı 40 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra istefa verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə martın 1-də Yunanıstanın “ERT1” telekanalı məlumat yayıb.
Beləliklə, Yunanıstanın infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verdiyini açıqlayıb.
Buna səbəb onun açıqlamasında qeyd edildiyi kimi, qatarların toqquşması nəticəsində 40-a yaxın insanın həlak olması, daha 66 nəfərin yaralanması olub.
Karamanlis müraciətində, “...belə faciələr baş verərsə, heç nə olmamış kimi yaşamaq mümkün deyil”-deyə bildirib.
“Buna siyasi məsuliyyət deyilir. Bu səbəbdən infrastruktur və nəqliyyat naziri vəzifəsindən istefa verirəm. Bunu ədalətsiz şəkildə tərk etmiş insanların xatirəsinə hörmətin minimal bir əlaməti olaraq, Yunanıstan dövlətinin və siyasi sisteminin əbədi səhvlərinə görə məsuliyyət daşımağı öz borcum hesab edirəm”-deyən nazirin sözlərinə görə, son 3,5 ildə hakimiyyət o vaxta qədər “21-ci əsrə sığmayan” vəziyyətdə olan Yunanıstanın dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üçün çox iş görüb. Bununla belə, göstərilən səylər kütləvi ölümlərə səbəb olan dəmir yolu qəzasının qarşısını almaq üçün kifayət etmədi.
Sonda Kostas Karamanlis istintaqın hərtərəfli və şəffaf aparılacağına söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB