Puşilinin müşaviri ukraynalıların ciddi itkilər verdiyini deyir

Puşilinin müşaviri ukraynalıların ciddi itkilər verdiyini deyir

Ukrayna Silahlı Qüvvələri Artemivsk (Baxmut) yaxınlığındakı döyüşlərdə yaxşı təlim keçmiş əsgərlərinin 70 faizə qədərini itirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Donetsk Xalq Respublikasının rəhbəri səlahiyyətlərini icra edənin müşaviri İqor Kimakovski bildirib.

Kimakovskinin sözlərinə görə, Artemovskda (Baxmut) Ukrayna Silahlı Qüvvələri canlı qüvvə baxımından çox ciddi itkilər verir. “Onlar artıq 70 faizə qədər itiriblər” - deyə Puşilinin müşaviri izah edib.

Kimakovski vurğulayıb ki, söhbət yaxşı təlim keçmiş Ukrayna əsgərlərindən gedir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığında hələ də Artemovska (Baxmut) göndəriləcək ehtiyat qüvvələr var, lakin bunlar onlar üçün vacib olmayan bölmələrdir.

Qeyd edək ki, bir müddət bundan əvvəl “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin on minlərlə döyüşçüsünün Artemovskda (Baxmutda) şiddətli müqavimət göstərdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə