...2022-ci ildə çeçenlərin Rusiyadan miqrasiyası dörd dəfə artıb. Belə ki, bütün ötən il ərzində 1300-ə yaxın sakin Çeçenistandan başqa ölkələrə gedib ki, bu da 2021-ci illə müqayisədə təxminən dörd dəfə çoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, əsas gediş istiqaməti MDB ölkələridir.
Bu arada “Rosstat”ın məlumatına görə, 2021-ci ildə 329 Çeçenistan sakini Rusiyanı tərk edibdisə, son dövrlərdə onların sayı 1273-ə çatıb.
Qeyd edək ki, gedənlərdən 1128 nəfəri MDB ölkələrinə mühacirət edib. Qeyri-MDB ölkələrinə köçən çeçenlərin sayı da üç dəfə artıb - əgər 2021-ci ildə rəsmi olaraq onların sayı 43 nəfər var idisə, keçən ilin sonunda bu say 150-yə yaxın olub.
Maraqlıdır ki, Çeçenistanda çalışan hüquq müdafiəçilərinin, demoqraf və jurnalistlərin fikrincə, respublikada təkcə statistikaya arxalanmaq olmaz.
Çünki təqdim edilən rəqəmlər hakimiyyətə nəyin faydalı olmasından asılı olaraq bu və ya digər istiqamətdə dəyişdirilə bilər.
Beləliklə, müstəqil demoqraf Aleksey Rakşa region üçün demoqrafik məlumatların nisbətən aşağı etibarlılığına işarə edərək, miqrasiyanın ehtimal həcmlərinin daha da yüksək ola biləcəyini irəli sürür.
2022-ci ilin yanvar-avqust aylarında 948 Çeçenistan sakini xaricə gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmçinin, respublikada daxili miqrasiya da artıb. Belə ki, nəzərəçarpacaq dərəcədə çox insan Çeçenistandan Rusiyanın digər bölgələrinə birdəfəlik olaraq gedirlər.
Yeri gəlmişkən 2022-ci ilin sonunda rusların ümumi narahatlıq indeksi əvvəlki illə müqayisədə 2,2 dəfə artıb. Əsas səbəb, təbii ki, Rusiyanın Ukraynaya qarşı müharibəsidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB