Rəşid Meredov Antoni Blinken ilə görüşüb

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev də Blinkenlə görüşüb.
Rəşid Meredov Antoni Blinken ilə görüşüb

Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya-Amerika Birləşmiş Ştatları (ABŞ) Xarici İşlər Nazirləri Sammiti çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ABŞ dövlət katibi Antoni Blinken ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ hökumətinin rəsmi saytında yer alan məlumata görə, ABŞ dövlət katibi Blinken Türkmənistan və ABŞ arasında 30 ildən artıqdır davam edən tərəfdaşlığın qürurverici olduğunu ifadə edərək, Türkmənistan ilə regional təhlükəsizlik, iqlim dəyişikliyi, insanlar üçün güclü iqtisadi rifah və köklü demokratik dəyərlərlə bağlı mövzuları müzakirə etmək üçün birlikdə daha çox şey etmək istədiklərini söyləyib.

Türkmənistanın xarici işlər naziri Meredov da bildirib ki, sammit Türkmənistan və ABŞ arasında əməkdaşlığın genişləndirilməsi barədə danışmaq üçün əla fürsət olacaq.

Meredov iki ölkə arasında çox yaxşı və səmərəli məsləhətləşmə mexanizminin olduğunu və belə məsləhətləşmələrin yaxın gələcəkdə yenidən təşkili ilə ikitərəfli münasibətlərin və regional təhlükəsizlik məsələlərinin ətraflı müzakirə oluna biləcəyini bildirib.

Zirvə çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev də Blinkenlə görüşüb.

Kulubayev və Blinken arasında keçirilən görüşdə gündəmdəki mövzular, əməkdaşlığın perspektiv istiqamətləri və 2023-cü il üçün birgə əməkdaşlıq planları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə