Qomeldə "Redan" PMC ilə əlaqəsi olan 200 nəfər saxlanılıb

Qomeldə "Redan" PMC ilə əlaqəsi olan 200 nəfər saxlanılıb

Gomeldə, kütləvi qanunsuz aksiya zamanı polis “Redan” PMC ilə əlaqəli 200 nəfəri saxladı, onlardan 183-ü azyaşlı idi. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə günü, martın 1-də Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Saxlanmalar yeniyetmələrin Qomeldəki “Secret” ticarət-əyləncə mərkəzinin yaxınlığında toplaşdıqdan sonra “Redan” adlanan PMC üzvlərinin messencerlərdə və sosial şəbəkələrdəki zənglərindən sonra həyata keçirilib.

Belarus polisinin dağıdıcı internet resurslarına daim nəzarət etdiyini deyən Daxili İşlər Nazirliyi səlahiyyətlisi Aleksandr Bliznyuk, bütün həbslərin guya dinc şəraitdə, güc tətbiq edilmədən keçirildiyini bildirib.

İndi milis əməkdaşları qanunsuz əməl zamanı saxlanılan hər bir şəxslə bağlı yoxlama aparır. “Redan” PMC-yə cəlb olunan 16 yaşına çatmamış bütün yeniyetmələr yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlikdə qeydiyyata alınacaq və eləcə də onlara xəbərdarlıq ediləcək.

Amma 16 yaşı tamam olan yeniyetmələr inzibati məsuliyyətə cəlb olunacaqlar. Şəxsiyyətləri müəyyənləşdirilməkdə olan təşkilatçılar barəsində cinayət işi başlanacaq.

Yeri gəlmişkən, “Redan” yapon “Hunter x Hunter” animasiya və eyni adlı komiksindəki personajdır. İnsanların sehrli heyvanları ovladığı, ovdan asudə vaxtlarında dəstələrə birləşərək nizamı pozduğu nağıl aləmində yaşayır.

“Redan”ın arxasına qoşduğu “PMC” abbreviaturası “özəl hərbi şirkət” ilə əlaqələndirilsə də, lakin qeyd edilməlidir ki, bunda heç bir məntiq yoxdur.

Sadəcə gənclər qəddar görünmək istəyirlər. Guya qızlar belələrini sevirlər?

Əslində, bunları haradasa Rusiyadakı skinxedlərlə də müqayisə etmək olar.!?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə