Beləliklə, Avropa İttifaqı bundan sonra bütün diqqətini yeni məhdudiyyətlərin qəbuluna deyil, Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyət və sanksiyaların icrasına nəzarətin gücləndirilməsinə yönəltmək niyyətindədir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə çərşənbə günü, martın 1-də “Politico” məlumatlı mənbələrə istinadən yazıb.
Qeyd edək ki, bu qərarı Avropa İttifaqı funksionerləri ona görə qəbul ediblər ki, Bu günə qədər Rusiyaya tətbiq edilən bir çox sanksiyalar öz səmərəsizliyini göstərib və istənilən nəticəyə gətirib çıxarmayıb.
Məhz elə buna görə də, Avropa rəsmiləri “Brüsselin diqqətini yeni sanksiyaların qəbulundan, mövcud sanksiyaların tətbiqinə yönəldəcəklərini” bildiriblər.
Bundan əlavə, onuncu anti-Rusiya sanksiyalar paketi müzakirə edilərkən, bir sıra ölkələrdən olan avropalı diplomatlar bəzi etiraflarda da bulunublar.
Məhz elə buna görə də, onlar bu qənaətə gəliblər ki, məhdudiyyətlərin daha da genişləndirilməsi, xüsusən də idxalı qadağan olunmuş Rusiya malları və resurslarının çeşidi baxımından bu Rusiyadan çox Avropa Birliyinə zərər vurur.
Beləliklə, sonuncu sanksiyalarda Rusiya gübrələri, titan, nadir torpaq elementləri və uran çubuqlarına sanksiya tətbiq edilməməsi qərara alınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB