ABŞ-ın Somaliyə silah və sursat yardımı davam edir

ABŞ-ın terror təşkilatı Əl-Şəbaba qarşı mübarizədə istifadə edilmək üzrə göndərdiyi silahlar Somali rəsmilərinə təhvil verilib.
ABŞ-ın Somaliyə silah və sursat yardımı davam edir

SİA Türkiyənin TRT telekanalına istinadən xəbən verir ki, bu barədə ABŞ-ın müvafiq orqanlarından açıqlama verilib. Bildirilir ki, Somalinin paytaxtı Moqadişuya 61 ton silah və sürsat çatdırılıb.

Açıqlamaya görə Türkiye, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ birgə bəyanat yayaraq terrora qarşı mübarizə aparan Somali hökumətinə dəstəklərini davam etdirəcəklərini səsləndiriblər.

Qeyd edək ki, Əl-Şəbaba qarşı mübarizədə pilotsuz uçuş aparatları, kəşfiyyat və təlim sahələrində fəaliyyətlər həyata keçirən ABŞ-ın Somalidə 450 personalının olduğu təxmin edilir. Somali ordusu təxminən 7 aydır Əş-Şəbab qruplaşmasına qarşı həyata keçirdiyi əməliyyatlarda əhəmiyyətli irəliləyiş əldə edərək bir çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə