“Ukrayna PUA-larla Krıma hücuma cəhd edib” - RUS GENERAL

“Ukrayna PUA-larla Krıma hücuma cəhd edib” - RUS GENERAL

“Ukrayna tərəfinin pilotsuz uçuş aparatları (PUA) ilə Krım yarımadasında yerləşən obyektlərə kütləvi hücum edilməsi cəhdinin qarşısı alınıb”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, Ukraynaya məxsus 6 PUA hava hücumundan müdafiə vasitələri, daha 4 PUA isə radioelektron mübarizə vasitələri tərəfindən zərərsizləşdirilib. Konaşenkov hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə