Ərdəbildə 108 nəfər zəhərləndi

Ərdəbildə 108 nəfər zəhərləndi

İranın Ərdəbil vilayətində 7 məktəbin şagirdləri arasında zəhərlənmə qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian açıqlayıb. Məlumata görə, 108 şagird xəstəxanaya çatdırılıb.

O bildirib ki, sözügedən məktəblərdə şagirdlər qaz və yaxud buna bənzər qoxu hiss ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə