“İran çox destruktiv xarici siyasət xətti yürüdür" - POLİTOLOQ DANIŞDI

“İran çox destruktiv xarici siyasət xətti yürüdür" - POLİTOLOQ DANIŞDI

“İran çox təhlükəli bir qondarma ideologiyanı həyata keçirir. İslam inqilabının "dəyərlərini" bütün dünyaya yaymaq və bütün dünyada İran şəriət rejimi yaratmaq niyyətindədir. Əsas hədəf olaraq da İranın qonşuluğunda olan müsəlman ölkələri nəzərdə tutulub. Bunu özlərinin konstitusiyasında da əks etdiriblər. İran nəzərdə tutduğu planları həyata keçirmək üçün isə çoxsaylı terrorçu qruplar yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu qruplaşmaların hamısı yaxın Şərqdə fəaliyyət göstərir: “İran çox destruktiv xarici siyasət xətti yürüdür. Nüvə silahı yaratmaq uğrunda apardığı mübarizə də onun qeyri-konstruktiv hərəkətlərindən biridir. Bütün dünyada bu addım şiddətlə pislənilir. İran terrrorçuluq əməlləri ilə özünün molla hakimiyyət sistemini ən azından yaxın Şərqə yayıb, qonşu ölkələrdə də İran şəriət rejimi qurmaq məqsədini qarşıya qoyub.

İran Amerika tərəfindən terrorçu dövlət kimi tanınır. Bəzi ölkələr də İranın terrorçu dövlət olduğunu və terroru müxtəlif vasitələrlə ixrac etməyə çalışdığını bildirirlər. Bütün bunlar onu göstərir ki, İranda qurulan siyasi sistem dünyəvi qanunlara, beynəlxalq hüquq normalarına uyğun gəlmir və bu rejim dünya üçün şər mənbəyidir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə