Yunanıstanda qatar qəzasında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Yunanıstanda qatar qəzasında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, qəzada ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar.

Qeyd edək ki, hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə