BMT Suriyada zəlzələ nəticəsində ölkəyə dəymiş ziyana görə oraya humanitar yardımın çatdırılmasında çətinlik yaşayır. SİA xəbər verir ki, bu barədə EFE agentliyi BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsa istinadla bildirib. Təşkilat rəsmisi səbəb kimi bir sıra ölkələrin Suriyaya tətbiq etdiyi birtərəfli sanksiyaları göstərib.
“BMT bir sıra ölkələrdə mövcud sanksiyalar və antiterror qanunlarından irəli gələn gözlənilməz maneələrə cavab verməyə çalışır. ABŞ, Aİ və Böyük Britaniya yardımın çatdırılmasını asanlaşdırmaq üçün bir sıra addımlar atıb. BMT bu addımları alqışlayır", -deyə yazıda qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB