Danimarkada TikTok-dan istifadə yasaqlandı

Danimarkada TikTok-dan istifadə yasaqlandı

Çərşənbə axşamı Danimarka Parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında TikTok- tətbiqini istifadə etməməyə çağırıb. SİA xəbər verir ki, məclis 179 deputata xüsusi elektron ünvan göndərərərk, onları TikTok proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından bu proqramı silməyə çağırıb.

Xatırladaq ki, bu ayın əvvəlində Avropa Komissiyası məxfilik problemləri və artan kibertəhlükəsizliyi əsas gətirərək, işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında TikTok-dan istifadə etməyi müvəqqəti olaraq qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə