Blinken Tokayevlə görüşdü

ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüş C5+1 Forumu çərçivəsində Qazaxıstanın paytaxtı Astanada baş tutub.

Görüş zamanı Blinken ABŞ və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın getdikcə artdığını bildirib.

Tokayev isə ABŞ-nin Qazaxıstana ən çox sərmaye qoyan ölkə olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə