Çərşənbə axşamı Qvatemala sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 103 min insanın yaşadığı Eskuintla şəhərindən 70 km cənubda yerləşib. Mənbə 54 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB