Dnestryanı hərbi təlimlərə başlayır

Dnestryanı hərbi təlimlərə başlayır

Dnestryanı Moldova Respublikasının Müdafiə Nazirliyi çərşənbə axşamı, fevralın 28-də bütün kişilərin iştirak edə biləcəyi növbəti hərbi təlim düşərgəsinin başlandığını elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, tanınmamış respublikanın müdafiə idarəsinin saytında yerləşdirilən məlumatda təlim-məşq toplanışı martın 1-dən başlayacağı bildirilir ki,

“Dnestryanı Moldova Respublikasının sülhməramlı kontingenti vətəndaşları martın 1-dən etibarən növbəti üç aylıq təlim-məşq toplanışında iştirak etməyə dəvət edir”.

Qeyd edək ki, bunu nazirlik yayımlayıb.

Xatırlada ki, 55 yaşınadək bütün kişilər Dnestryanıdakı hərbi təlim düşərgələrində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bunun üçün hərbi komissarlığa müraciət etməli və tibbi müayinədən keçmək kifayətdir.

Üç ay davam edəcək hərbi şəhərciklərin iştirakçıları zəruri əşyalar, yaşayış və yeməklə təmin olunurlar.

Onu da qeyd edək ki, hərbi təlimlərə Dnestryanı “döyüşçüləri” ilə yanaşı, əlavə sülhməramlı kontingent də qatılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə