Ukraynada münaqişə yaxın üç il davam edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kal bildirib.
“Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki və ya üç ilə bitə bilər” -deyə Pentaqonun rəhbərinin müavini münaqişənin sona çatması üçün son tarixdən danışdı.
Kal həmçinin qeyd edib ki, o, hətta uzun sürən münaqişə vəziyyətində belə, Kiyevə maliyyə yardımı göstərməkdə Konqresin dəstəyinə ümid edir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken, Vaşinqtonun Ukraynadakı hərbi münaqişənin tezliklə başa çatması əlaməti görmədiyini və onun necə və ya nə vaxt həll olunacağını proqnozlaşdıra bilmədiyini bəyan etmişdi.
“Biz həmçinin əmin olmaq istəyirik ki, Rusiya bu təcavüzə son qoymaq üçün mümkün qədər çox ölkədən təzyiq hiss etsin”.
Bunu da ABŞ dövlət katibi deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB