Yəhudi Muxtar Vilayətinin rəhbəri, ABŞ-ın sanksiyalarına düşməyən yeganə Rusiya qubernatoru Rostislav Qoldşteyn ABŞ-ı Avropa İnsan Haqları Məhkəməsinə vermək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya regionunun rəhbəri belə bir bəyanatla fevralın 28-də “RTVI”-ya müsahibəsində bildirib.
Beləliklə, ABŞ-ın sanksiyalarına məruz qalmayan Yəhudi Muxtar Vilayətinin qubernatoru Rostislav Qoldşteyn ABŞ hakimiyyətinə qarşı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyi ilə hədələyib.
Qoldşteynin sözlərinə görə, Rusiya regionunun hələ də sanksiyalar tətbiq olunmayan yeganə rəhbəri olduğunu dərk etməsi ona “mənəvi iztirab” verir.
Qeyd edək ki, Rostislav Qoldşteyn 2020-ci ilin sentyabrından Yəhudi Muxtar Vilayətinin qubernatorudur. Bundan əvvəl o, Dövlət Dumasının deputatı və Rusiya Federasiya Şurasının üzvü olub.
Xatırladaq ki, fevralın 24-də ABŞ Dövlət Departamenti Rusiyanın onlarla regionunun rəhbərinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB