Artemovskda Ukrayna qoşunlarının qruplaşması indi ən azı üç min nəfərdən çox deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri hərbi-siyasi ekspert, DXR “rəhbəri” Pişulinin səlahiyyətli nümayəndəsi Yan Qaqin verib.
Qeyd edək ki, qarşı tərəfə “boylanan” Qaqin ukraynalıların bu üç minlik qruplaşmaya təchizat çatdırmaqda da çətinliklərlə qarşılaşdıqlarını bəyan edib.
“İndi qarnizonu təchiz etmək cəhdləri əslində yoxdur, çünki onların hamısı dayandırılıb”.
Bunu da Pişulin səlahiyyətlisi bildirib.
Bununla bağlı, Qaqin, Ukrayna Silahlı Qüvvələrinin öz qoşunlarının bir hissəsini şəhərdən çıxarmağa çalışacağını da istisna etməyib.
Yeri gəlmişkən, bir qədər əvvəl Yan Qaqin, Artemovska gedən yolların tam Rusiya qüvvələrinin nəzarəti altında olduğunu bildirmişdi.
Xatırladaq ki, prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri üçün Artyomovskda vəziyyətin durmadan mürəkkəbləşdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB