Bu arada Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının rəhbəri Valeri Fadeyev rusofobiya anlayışını hüquqi cəhətdən müəyyənləşdirməyi və onun təzahürünə görə cinayət məsuliyyətinin tətbiqini təklif edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Fadeyevin sözlərinə görə, gələcəkdə başqa ölkələrdə yaşayan insanlar bu maddə ilə cəzalandırılmalıdır.
Şura rəhbərinin fikrincə, “...bizim həmvətənlərimizə, soydaşlarımıza qarşı nümayiş etdirən, bu cür hərəkət edənləri cəzalandırmaq imkanımız olan gələcək üçün işdir”. Maraqlıdır ki, Fadeyev “bunu necə etmək olar” sualına ətraflı bir cavab verə bilməyib.
Onu da bildirək ki, Fadeyevin təşəbbüsü İnsan Hüquqları Şurası Beynəlxalq Əməkdaşlıq üzrə Daimi Komissiyasının iclasında da səsləndirilib.
İclasın iştirakçısı, Baş Prokurorluğun Federal Təhlükəsizlik üzrə Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi Yuri Xoxlov, idarəsinin rusofobiyanı ekstremizm hesab etməyi təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB