Türkmənistan zəlzələ qurbanlarına yardımlarını davam etdirir

Türkmənistan zəlzələ qurbanlarına yardımlarını davam etdirir

Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Türkmənistan Türkiyənin Aşqabaddakı səfirliyinin koordinasiyası ilə zərərçəkənlər üçün 1100 ədyal və daha 89 çarpayı göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral tviter hesabında paylaşım edib:

"Səfirliyimizin koordinasiyası ilə bu gün səhər (28 fevral)Türkmənistandan zəlzələ bölgəsinə əlavə 1100 ədyal və 89 çarpayı göndərdik. Yardım edən vətəndaşlarımıza, Türkmənistandakı şirkətlərimizə, Türkmənistan Qızıl Aypara Cəmiyyətinə və THY-yə təşəkkür edirik.

Xatırladaq ki, qeyri-hökumət təşkilatları və Türkiyənin Aşqabaddakı səfirliyinin birgə təşkil etdiyi yardım kampaniyaları nəticəsində 8 min 71 adyal, 390 çarpayı, 20 generator, 60 qızdırıcı, 6 səyyar tualet, 11,15 ton geyim, 44,46 ton tibbi ləvazimat və 67 ton ərzaq göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə