ABŞ-dan Türkiyə-Misir münasibətlərinə dətək

ABŞ Türkiyə ilə Misir arasındakı münasibətlərin yaxşılaşdırılmasını təşviq etdiyini bildirib.
ABŞ-dan Türkiyə-Misir münasibətlərinə dətək

ABŞ Türkiyə ilə Misir arasındakı münasibətlərin yaxşılaşdırılmasını təşviq etdiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Misirin xarici işlər naziri Samih Şükrinin dünən (27 fevral) Türkiyeyə səfəri ilə bağlı deyib ki, hər iki ölkə ABŞ-ın mühüm tərəfdaşlarıdır və münasibətlərin yaxşılaşdırılmasını təşviq edir.

Gündəlik mətbuat konfransında sualları cavablandıran Prays Şükrinin Türkiyə səfərindən danışaraq deyib:

“Əlbəttə, həm Türkiyə, həm də Misir bizim mühüm tərəfdaşlarımızdır. Biz həmişə əsas tərəfdaşlarımızın əlaqələrinin yaxşılaşdırılmasını təşviq edirik”.

Qeyd edək ki, 10 illik fasilədən sonra Türkiyeyə gələn Misirin xarici işlər naziri Samih Şükrini Adana hava limanında xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

İki nazir Misirdən 6 fevral zəlzələsində zərər görənlərə yardım materialları daşıyan "El Hurriye" gəmisinin yanaşdığı Mersin Beynəlxalq Limanında açıqlama verib.

Misirlə əlaqələrdə yeni səhifələrin açıldığını qeyd edən Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin noyabr ayında Dohada keçirdiyi görüşünün son dərəcə məhsuldar keçdiyini qeyd edərək, Şükri ilə bu əlaqələrin yaxşılaşdırılması üçün atılacaq addımları müzakirə etdiklərini bildirib.

Nazir Şükri də Misir ilə Türkiye arasındakı əlaqələrin bərpasına və bu əlaqələrin hər iki ölkənin ortaq maraqlarına uyğun olaraq daha da irəli aparılmasına üstünlük verdiklərini qeyd edərək, "Misir hər zaman Türkiyedəki qardaşlarının yanında olacaq. İnanıram ki, əlaqələrimiz bundan sonra da ən yaxşı səyiyyəyə çatacaq" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə