NATO-Rusiya münasibətlərində geri dönüş yoxdur.
Maraqlıdır ki, bu barədə alyansın sədri Yens Stoltenberq belə düşünür.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, baş katib fevralın 28-də Finlandiyaya səfəri zamanı danışıb.
Stoltenberqin sözlərinə görə, Ukraynada münaqişənin sona çatması Moskva ilə münasibətlərin normallaşmasına gətirib çıxarmayacaq.
“Biz başa düşməliyik ki, bu müharibənin sonu Rusiya ilə normal münasibətlərə gətirib çıxarmayacaq”-deyən Stoltenberq, həmçinin NATO-ya üzv dövlətləri müdafiə xərclərini artırmağa çağırıb.
Onun sözlərinə görə, bunu daha təhlükəli dünyada təhlükəsizlik tələb edir.
Xatırladaq ki, Yens Stoltenberq, Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsi NATO üçün böyük risklər daşıdığını da gizlətməyib.
Gərək ki, yadınızda olar: bir müddət bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov NATO-nu Rusiyaya düşmən olan təşkilat adlandırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB