...Finlandiya və İsveçin NATO-ya qəbulunun ləngiməsi alyansın etibarını sarsıdır. Finlandiyanın baş naziri Sanna Marin deyib bunu.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, finlandiyalı nazir fevralın 28-də Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı danışıb.
Marinin sözlərinə görə, həm Finlandiya, həm də İsveç bütün tələblərə cavab verir. Bununla belə, ölkələr hələ də gözləyirlər.
“Bu, NATO-nun açıq qapı siyasətini şübhə altına alır, həmçinin alyansın etibarını sarsıdır”, - deyə Sanna Marin bildirib.
Qeyd edək ki, Finlandiyanın baş naziri bu məsələnin həllinin Türkiyə və Macarıstan parlamentlərinin əlində olduğuna da diqqət çəkib. Amma hələ ki, xanım nazir Finlandiya və İsveçin bloka daxil olmaq üçün ərizələrinin NATO-nun Vilnüs sammitində ratifikasiya olunacağına ümid edir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankaranın hələ də İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edə bilmədiyini bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB